AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu (KQKİ) ilə Rusiya Elmlər Akademiyasının akademik A.V.Topçiyev adına Neft-Kimya Sintezi İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni AMEA-nın vitse-prezidenti, KQKİ-nin direktoru, akademik Dilqəm Tağıyev və Neft-Kimya Sintezi İnstitutunun direktoru, professor A.Maksimov imzalayıblar.
Sözügedən sənəd çərçivəsində müştərək elmi-tədqiqat işləri aparılacaq, o cümlədən “Polimer-mineral hibrid sistemlər əsasında yeni funksional materialların, sorbentlərin və katalizatorların işlənməsi” mövzusu əsasında polimer-mineral sorbentlərin və katalizatorların sintezi və tədqiqi həyata keçiriləcək. Bundan əlavə, yeni kompozisiya materiallarının işlənməsi üçün polimer-mineral hibrid sistemlərin istifadə imkanlarının tədqiqi barəsində əməkdaşlığın həyata keçirilməsi də nəzərdə tutulur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.