Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Funksiyalar nəzəriyyəsi və funksional analiz” adlı dərs vəsaiti nəşr olunub
27.05.2020 22:00
  • A-
  • A
  • A+

“Funksiyalar nəzəriyyəsi və funksional analiz” adlı dərs vəsaiti nəşr olunub

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Funksional analiz şöbəsinin müdiri, professor Həmidulla Aslanovun “Funksiyalar nəzəriyyəsi və funksional analiz” adlı dərs vəsaiti işıq üzü görüb.

“Azərbaycan” nəşriyyatında dərc olunan dərs vəsaitinin elmi redaktoru professor Məmməd Bayramoğludur.

Funksiyalar nəzəriyyəsi və funksional analiz fənninə həsr olunmuş kitab müəllifin 40 ildən artıq bir müddətdə respublikanın müxtəlif universitetlərində, xüsusən son illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində oxuduğu mühazirələr əsasında tərtib edilib.

25 fəsildən ibarət olan dərs vəsaitində nəzəri hissənin mənimsənilməsinə kömək məqsədilə hər bölməyə aid misal və məsələlərin həll nümunələri, hər fəslin sonunda isə sərbəst işləmək üçün tapşırıqlar verilib.

Nəşr universitetlərdə "Riyaziyyat" ixtisası üzrə təhsil alan bakalavr və magistrantlar, doktorantlar, müəllimlər, eləcə də elmi-tədqiqat institutlarının əməkdaşları üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: