Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Naxçıvan Bölməsinin Elm və təhsil şöbəsinin müdiri beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib
18.05.2020 15:00
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin Elm və təhsil şöbəsinin müdiri beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilib

AMEA-nın Naxçıvan Bölməsinin Elm və təhsil şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov Rusiyanın “Muasir bağçılıq” nəzəri-elmi praktiki beynəlxalq jurnalının redaksiya heyətinə üzv seçilib.

Bununla bağlı jurnalın baş redaktoru, professor Sergey Dmitriyeviç tərəfindən məktub ünvanlanıb.

Qeyd edək ki, Orxan Bağırov "Naxçıvan Muxtar Respublikasının çəyirdəkli meyvə bitkilərinin genefondunun qiymətləndirilməsi" mövzusu üzərində tədqiqatlar aparır. Onun elmi-tədqiqat işlərinin nəticələri ölkəmizlə yanaşı, xaricdə çap olunan bir sıra beynəlxalq jurnallarda işıq üzü görüb. Alimin mövzuya uyğun yazılan elmi məqalələri sözügedən jurnalın əvvəlki saylarında əksini tapıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: