Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Gəncə Bölməsində koronavirusa qarşı bir sıra tədbirlər həyata keçirilir
13.05.2020 14:13
  • A-
  • A
  • A+

Gəncə Bölməsində koronavirusa qarşı bir sıra tədbirlər həyata keçirilir

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” 4 may 2020-ci il tarixli sərəncamına əsasən akademiyanın Gəncə Bölməsində bir sıra tədbirlər həyata keçirilir.

Belə ki, bölmənin işə cəlb edilmiş əməkdaşları xidməti vəsiqə ilə təmin olunub və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçiriliblər. Bundan əlavə, qurumun binasında koronavirusla bağlı məlumatlandırıcı lövhələr asılıb, həmçinin qoruyucu maska və əlcəklər, eləcə də bölmənin kimyaçı alimləri tərəfindən hazırlanmış dezinfeksiyaedici məhlullar qablaşdırılaraq əməkdaşlara paylanılıb.

Qeyd edək ki, Gəncə Bölməsinin binasına daxil olan insanların hərarəti daim yoxlanılır, mərtəbələrdə və zirzəmilərdə mütəmadi dezinfeksiya işləri aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: