11 may 2020-ci il tarixindən başlayaraq Kembric Universitetinin professoru, Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun rəhbəri, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Hesablama struktur biologiyası laboratoriyasının müdiri, professor Qərib Mürşüdov MBBİ-nin I kurs magistrantlarına distant formada mühazirələr oxuyacaq.
Mühazirələr “Biologiyanın müasir problemləri” və “Struktur biologiyanın üsulları” ixtisas kurslarını əhatə edəcək və həftənin I-III və V günləri, gündə iki dəfə olmaqla, saat 13:00 və 19:00-da “Zoom” platforması üzərindən həyata keçiriləcək.
Arzu edənlər aşağıdakı link vasitəsilə mühazirələrdə iştirak edə bilərlər:
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.