Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.05.2020 11:41
  • A-
  • A
  • A+

Mərkəzi Nəbatat Bağı tərəfindən meşələrin kompleks monitorinqi aparılır

Mərkəzi Nəbatat Bağı tərəfindən meşələrin kompleks monitorinqi aparılır

AMEA-nın Mərkəzi Nəbatat Bağının əməkdaşları xüsusi karantin rejimi şəraitində Aerokosmik Zondlama Məlumatları və Coğrafi İnformasiya Sistemlərinin tətbiqi ilə meşələrin  kompleks monitorinqini həyata keçirir. Belə ki, aparılan tədqiqatlar hesabına Aerokosmik Zondlama texnologiyalarının geniş imkanları sayəsində meşələrin vəziyyətini, inkişaf dinamikasını, xlorofil tərkibini və s. qiymətləndirmək mümkündür.

Tədqiqat ərazisi olan Samur-Yalama Milli Parkında meşə və kolluq bitkiliyinin inkişaf dinamikası öyrənilib, antropogen təsirə məruz qalan ərazilər müəyyən edilib. Tədqiqatların nəticələri əsasında meşə ekosistemində baş verən proseslərə təbii və antropogen amillərin təsir dərəcəsi qiymətləndirilib.

Əldə olunan elmi yeniliklər gələcək proseslərin proqnozlaşdırılmasında və ümumilikdə biomüxtəlifliyin davamlı idarəedilməsi və qorunması ilə bağlı yeni strategiyaların işlənib hazırlanmasında mühüm rol oynayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: