Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Beynəlxalq konfransda Xəzər dənizinin ekoloji problemləri müzakirə edilib
03.11.2014 00:00
  • A-
  • A
  • A+

Beynəlxalq konfransda Xəzər dənizinin ekoloji problemləri müzakirə edilib

Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində “Xəzər dənizi: keçmişi, bu günü, gələcəyi” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Dağıstan Elmlər Akademiyasının və Dağıstan Dövlət Universitetinin təşkilatçılığı ilə reallaşdırılan tədbirdə Xəzər dənizinin ekoloji problemləri və ekosistemdə baş verən dəyişikliklərin araşdırılması və bu sahədə elmi layihənin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə AMEA Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov “Xəzər dənizində adalar ətrafındakı akvatoriyanın ekologiyası” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycanlı alimin çıxışı tədbir iştiakçıları tərəfindən maraqla qarşılanıb, məruzə ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: