Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Beynəlxalq Geodeziya Assosiasiyası akademik Fəxrəddin Qədirovu 70 illik yubileyi münasibətilə təbrik edib
04.05.2020 11:00
  • A-
  • A
  • A+

Beynəlxalq Geodeziya Assosiasiyası akademik Fəxrəddin Qədirovu 70 illik yubileyi münasibətilə təbrik edib

AMEA-nın Neft və Qaz İnstitutunun direktoru v.i.e., akademik Fəxrəddin Qədirovun 70 illik yubileyi münasibətilə Beynəlxalq Geodeziya Assosiasiyasının saytında məqalə dərc olunub.

Məqalədə F.Qədirovun həyat və fəaliyyəti, yüksək ziyalılığı, elmi erudisiyası, əldə etdiyi nailiyyətlər və mükafatları barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Qafqazın müasir geodinamikasının və seysmik aktivliyinin tədqiqi, zəlzələlərin paylanmasının geotektonik aspektlərinin inkişaf etdirilməsi, geoloji proseslərin fiziki mexanizmlərinin öyrənilməsi, həmçinn qravitasiya sahəsinin məkan və zaman dəyişmələrinin ədədi analizi və yer qabığı quruluşunun modelləşdirilməsi kimi problemlər alimin elmi tədqiqatlarının əsas istiqamətlərini təşkil edir.

Qeyd edək ki, cari il iyul ayının 19-da akademik F.Qədirovun anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 45 ili tamam olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: