Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Polimer Materialları İnstitutunun laboratoriyasının növbəti onlayn iclası keçirilib
01.05.2020 13:55
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunun laboratoriyasının növbəti onlayn iclası keçirilib

AMEA-nın Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının əməkdaşlarının növbəti onlayn iclası keçirilib.

İclası laboratoriyanın müdiri, professor Nəcəf Qəhrəmanov açaraq cari ilin ilk rübündə və xüsusi karantin rejimi dövründə görülən işlər barədə məlumat verib. Qeyd edib ki, 2020-ci il üçün nəzərdə tutulmuş fəaliyyət proqramına uyğun olaraq ötən müddət ərzində laboratoriya əməkdaşlarının 28 elmi əsəri, o cümlədən 16 məqalə, 8 tezis və 4 patenti çapdan çıxıb.

Daha sonra aparılan tədqiqat işlərinin nəticələri əsasında işıq üzü görmüş məqalə və tezislər barədə məlumat verilib. N.Qəhrəmanov elmi rəhbərlik etdiyi dissertantlarının dissertasiya işləri ilə bağlı yaranmış sualları cavablandırıb.

Onlayn iclasda qeyd olunub ki, laboratoriyanın 2014-2025-ci illər üçün elmi-texniki əməkdaşlıq haqqında bağlanmış 9 müqavilə əsasında həyata keçirdiyi tədqiqat işləri davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: