Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Rusiya Elmlər Akademiyası koronavirusla əlaqədar yaranmış vəziyyətə dair tövsiyələr verəcək
01.04.2020 15:10
  • A-
  • A
  • A+

Rusiya Elmlər Akademiyası koronavirusla əlaqədar yaranmış vəziyyətə dair tövsiyələr verəcək

Rusiya Elmlər Akademiyasında (REA) Rusiya Federasiyasında koronavirus infeksiyasının yayılması ilə bağlı məsələlər müzakirə ediləcək.

poisknews.ru saytının məlumatına görə, aparıcı mütəxəssislərin iştirak edəcəyi iclas 9 aprel tarixində baş tutacaq.

Bu barədə REA-nın vitse-prezidenti, Tibbi-Bioloji Elmlər Bölməsinin rəhbəri, akademik Vladimir Çexonin məlumat verib. Onun sözlərinə görə, iclasın nəticələri əsasında REA adından COVID-19-un yayılmasına qarşı görüləcək tədbirlərə dair tövsiyələr koronavirusla mübarizə ilə məşğul olan idarələrə təqdim olunacaq.

  • Paylaş: