Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Rusiyada koronavirusu müəyyənləşdirən təkmilləşdirilmiş test hazırlanıb
22.03.2020 16:03
  • A-
  • A
  • A+

Rusiyada koronavirusu müəyyənləşdirən təkmilləşdirilmiş test hazırlanıb

Hazırda mövcud olan metodikalar koronavirusu 2 saat ərzində aşkar etməyə imkan verir. Rusiya alimləri bu vaxtı 90 dəqiqəyə qədər azaldacaq test-sistemi yaradıblar.

poisknews.ru saytının məlumatına görə, Federal Tibbi-Bioloji Agentliyin (FTBA) tətbiqi COVID-19-u daha sürətli  müəyyən etməkə yanaşı, onu mövcud analoqlarından əhəmiyyətli dərəcədə daha dəqiq təqdim edəcək. Bu barədə FTBA-nın rəhbəri Veronika Skvortsova məlumat verib. Onun sözlərinə görə, test-sistemi artıq gələn həftə dövlət qeydiyyatına təqdim ediləcək.

Bundan başqa, ekspress-testlərin yaradılması üzərində iş aparılır. Güman edilir ki, tədqiqatların nəticələri iki həftə ərzində məlum olacaq.

  • Paylaş: