Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Biofizika İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
11.03.2020 12:15
  • A-
  • A
  • A+

Biofizika İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

AMEA-nın Biofizika İnstitutu aşağıdakı vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir:

Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyası üzrə:

Aparıcı elmi işçi – 1 yer;

Elmi işçi – 1 yer;

Molekulyar və hüceyrə biokimyası laboratoriyası üzrə:

Laboratoriya müdiri – 1 yer;

Ekoloji biofizika laboratoriyası üzrə:

Aparıcı elmi işçi – 1yer;

Böyük elmi işçi – 1 yer;

Elmi işçi – 1 yer.

Müsabiqədə iştirak etmək istəyən iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidir:

- Ərizə;

- Şəxsiyyət vəsiqəsinin surəti;

- Kadrların şəxsi uçot vərəqi;

- Tərcümeyi-hal;

- 3x4 ölçüdə 2 şəkil;

- Əmək kitabçasının müvafiq qaydada təsdiq olunmuş surəti;

- Magistratura və ona bərabər tutulan ali təhsil haqqında sənədin müvafiq qaydada təsdiq olunmuş surəti;

- Elmi dərəcə, elmi ad və elmi rütbə haqqında sənədlərin surətləri (aparıcı elmi işçi vəzifəsinə iddiaçılar üçün mütləqdir);

- Elmi nailiyyətlərinə görə dövlət və beynəlxalq elmi təşkilatlar tərəfindən verilən fəxri ad və titullar haqqında məlumat;

- Yerinə yetirilmiş elmi tədqiqat və təcrübi-axtarış işləri, həmçinin elmi və elmi-texniki layihə, müsabiqə, qrant və proqramlarda iştirak haqqında məlumat;

- Müəlliflik hüququ və ya patent ilə qorunan əqli mülkiyyət obyektlərinin qeydiyyatı haqqında şəhadətnamələrin surətləri;

- Çap olunmuş elmi əsərlərin, xüsusi təsir göstəricisinə (İmpakt faktoruna) malik olan və istinad indeksli elmi jurnallarda nəşr olunan elmi məqalələrin surətləri (üz səhifəsi və mündəricatla bir yerdə);

- Fəaliyyət göstərdiyi elm sahəsi üzrə yüksək elmi nüfuzu olan mütəxəssis rəyi;

- Elmi jurnalların redaksiya heyətlərində üzvlük haqqında məlumat.

Müsabiqədə fəlsəfə və elmlər doktorları, eləcə də iş təcrübəsi olan ixtisaslı mütəxəssislər iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Ünvan: Bakı ş., Z.Xəlilov küç., 117, II mərtəbə, 209-cu otaq.

Telefon: (+994 12) 432 67 14

E-poçt: florida.r.yahyayeva@mail.ru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: