Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
02.03.2020 15:53
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu aşağıdakı vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir:

Seolit katalizi laboratoriyası üzrə baş elmi işçi - 1 yer; 

Kimya sənayesinin yan məhsullarının emalı laboratoriyası üzrə aparıcı elmi işçi - 1 yer;

Biomimetik sensorlar laboratoriyası üzrə böyük elmi işçi - 1 yer;

Kimya-texnoloji proseslərin modelləşdirilməsi laboratoriyası üzrə böyük elmi  işçi - 1 yer.

Müsabiqədə kimya elmləri sahəsində fəlsəfə doktoru elmi dərəcəsini almış şəxslər, o cümlədən doktorant və dissertantlar iştirak edə bilərlər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən bir ay müddətinə elmi katibliyə təqdim edilməlidir.

Ünvan: AZ1143, Bakı şəhəri, H.Cavid prospekti, 113

Tel: (+994 12) 539 38 71

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: