Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Akademik Qərib Məmmədov torpaqların ekoloji qiymətləndirmə xəritələrinin tərtibinə dair təqdimatla çıxış edib
02.03.2020 14:32
  • A-
  • A
  • A+

Akademik Qərib Məmmədov torpaqların ekoloji qiymətləndirmə xəritələrinin tərtibinə dair təqdimatla çıxış edib

AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədov Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində olub.

Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, nazirin müşaviri Şöhrət Vəkilov, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov və digər şəxslərin iştirak etdiyi görüşdə iki qurum arasında birgə elmi tədqiqatların aparılmasına dair müzakirələr aparılıb.

Görüş çərçivəsində akademik Qərib Məmmədov “Coğrafi informasiya sistemləri əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrinin tərtibi” mövzusunda təqdimatla çıxış edib. O, coğrafi informasiya sistemləri, ölkə ərazilərinin rəqəmsal yüksəklik modeli, aero və kosmik materiallar əsasında elektron torpaq xəritəsinin tərtibinin əsas xüsusiyyətləri və prinsipləri barədə məlumat verib. Bundan əlavə, ilk dəfə olaraq hazırlanmış 1:100 000 miqyasında torpaq xəritəsi üçün baza layının yaradılması, torpaq landşaft zonaları, alp və subalp çəmənlərinin və çəmən bozqırlarının torpaqları, mezofil meşələrin torpaqları və s. haqqında danışıb.

Sonda hazırlanmış interaktiv elektron xəritələrin daha da təkmilləşdirilməsi, DATA bazaların inteqrasiyası, birgə elmi tədqiqatların aparılması, kadr hazırlığının təşkili və mütəmadi olaraq bu cür görüşlərin keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: