Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Tələbələr Torpaqşünaslıq və Aqrokimya İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb
28.02.2020 15:02
  • A-
  • A
  • A+

Tələbələr Torpaqşünaslıq və Aqrokimya İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin IV kurs tələbələri AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar.

Elm və təhsilin inteqrasiyası çərçivəsində təşkil olunan görüşdə məqsəd tələbələrin elmə marağının artırılması, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olub.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevlə görüşdə tələbələrə torpaqşünaslıq elminin müasir problemləri, Azərbaycanda torpaqların istifadə vəziyyəti, şoran və şorakət torpaqların təmizlənməsi və münbitliyin artırılması barədə məlumat verilib.

Daha sonra institutun  elmi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Qoşqar Məmmədov qurumun laboratoriyalarında aparılan elmi-tədqiqat işlərinin istiqamətləri, qarşıda duran vəzifələr və prespektivlər haqqında məruzə ilə çıxış edib.

Sonda tələbələr institutda yaradılan şəraitlə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: