AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.
İmtahanda "Kompüter elmləri" ixtisası üzrə İlhamə Ələsgərova, "İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi" ixtisası üzrə Orxan Vəlixanlı iştirak ediblər.
Xatırladaq ki, institutda müvafiq imtahanın keçirilməsi üçün komissiya yaradılıb. Komissiyasının sədri AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev, komissiya üzvləri isə institutun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, elmi katib Mədinə Səidova, AMEA-nın müxbir üzvü Məsumə Məmmədova, şöbə müdirləri, texnika üzrə fəlsəfə doktorları, dosentlər Yadigar İmamverdiyev və Fərhad Yusifovdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.