Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

"Naxçıvan Muxtar Respublikasında elmin inkişafı: mərhələlər, uğurlar, vəzifələr" mövzusunda tədbir keçiriləcək
27.02.2020 10:19
  • A-
  • A
  • A+

"Naxçıvan Muxtar Respublikasında elmin inkişafı: mərhələlər, uğurlar, vəzifələr" mövzusunda tədbir keçiriləcək

27 mart 2020-ci il tarixində AMEA-nın Naxçıvan Bölməsində "Naxçıvan Muxtar Respublikasında elmin inkişafı: mərhələlər, uğurlar, vəzifələr" mövzusunda respublika konfransı keçiriləcək.

AMEA-nın 75 illik yubileyinə həsr edilən tədbirdə "Azərbaycan Milli Elmlər Akademiyası: təsis edilməsi və inkişaf tarixi", "Ulu öndər Heydər Əliyev və Naxçıvanda elmin inkişafı", "Humanitar və ictimai elm sahələrinin inkişafı", "Fundamental və tətbiqi elm sahələrinin inkişafı", "Peşəkar elmi kadrların formalaşdırılmasında akademiyanın rolu", "Elm və istehsalatın qarşılıqlı əlaqəsi" və "Sosial-iqtisadi və mədəni-mənəvi inkişafda elmin rolu" mövzularında müzakirələr aparılacaq.

Konfransda iştirak üçün məruzə mətninin adlarının öncədən göndərilməsi şərtdir. Məruzə mövzularının adı 10 mart, redaktə olunmuş tam hazır mətn isə 20 mart tarixinədək ameanaxcivanbolmesi@gmail.com elektron poçt ünvanına göndərilməlidir.

Məruzələrin hazırlanmasına dair tələblər:

- Məqalələr Word proqramında, A4 kağız formatında, 12 pt ölçüdə və Times New Roman yazı formatı ilə, 5-7 səhifə həcmində yazılmalıdır;

- Məqalənin sağ tərəfində 12 pt ölçüdə qalın və böyük hərflərlə müəllifin (maksimum 2 müəllifin) adı və soyadı, aşağıda isə işlədiyi təşkilat yazılır, həmçinin elektron poçt ünvanı göstərilir. Bundan əlavə, ortadan 12 pt ölçüdə qalın və böyük hərflərlə məqalənin adı yazılır;

- Daha sonra məqalənin 2 dildə (Azərbaycan və ingilis dillərində) xülasələri verilir. Hər xülasənin sonunda 10 sözü keçməməklə açar sözlər yazılır;

- Mövzu ilə bağlı istifadə olunmuş ədəbiyyat siyahısı kodlaşdırma üsulu və əlifba sırası ilə göstərilməlidir. Mənbə və ədəbiyyatların sayı 12-15-dən artıq olmamalıdır.

Daha ətraflı məlumatı bölmənin www.ameanb.nakhchivan.az saytından əldə etmək olar.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 76

Tel.: (+994 36) 544 09 64, (+994 36) 545 16 80

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: