Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Saçları səməni oğlan” adlı nağıl kitabı nəşr olunub
26.02.2020 16:54
  • A-
  • A
  • A+

“Saçları səməni oğlan” adlı nağıl kitabı nəşr olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəis müavini Vüqar Haqverdiyevin uşaqlar üçün yazdığı “Saçları səməni oğlan” adlı nağıl kitabı işıq üzü görüb.

Xalqımızın qədim bayramlarından olan Novruza həsr edilmiş kitabın redaktoru AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova, rəssamı isə müəllifin özüdür. 

Yeni nəşr Azərbaycan uşaq ədəbiyyatının inkişaf etdirilməsi, xalqımızın milli adət-ənənələrinin təbliği və uşaqların mənəvi-estetik tərbiyəsi baxımından mühüm əhəmiyyətə malikdir.

Qeyd edək ki, V.Haqverdiyev dəfələrlə respublikada keçirilmiş müxtəlif nağıl, eləcə də analitik yazı müsabiqələrinin qalibi olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: