Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Marsın seysmik aktivliyi müəyyən olunub
26.02.2020 09:44
  • A-
  • A
  • A+

Marsın seysmik aktivliyi müəyyən olunub

“InSight aparatı” vasitəsilə əldə olunmuş, tədqiqat müddətinin ilk 10 ayını əhatə edən məlumatları analiz edən alimlər Marsın əvvəlki kimi seysmik aktiv olduğunu sübut ediblər. Yeni tədqiqata həsr edilmiş tədqiqat işi “Nature Geosciences” jurnalında dərc edilib.

Belə ki, “InSight”  zondu 30 sentyabr 2019-cu ilədək (235 Mars günü ərzində) 150-sinin yüksək tezlikli, 24-nün isə aşağı tezlikli olduğu 174 seysmik hadisə qeydə alıb.  

Tədqiqatın müəlliflərindən biri Vedran Lekiçin sözlərinə görə, onlar müxtəlif dalğaların qabıq üzərində yayılması əsasında planetin geoloji qatları haqqında informasiya əldə edə və mənbənin yerini müəyyənləşdirə bilərlər.

popmech.ru saytının məlumatına görə, tədqiqatçılar qeydə alınmış təxminən 13 aşağı tezlikli seysmik hadisənin mənbəyinin yerini və maqnitudunu tapmağa müvəffəq olublar.

  • Paylaş: