Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Bu il yaz fəsli Azərbaycana martın 20-si saat 07:49-da qədəm qoyacaq
19.03.2020 10:00
  • A-
  • A
  • A+

Bu il yaz fəsli Azərbaycana martın 20-si saat 07:49-da qədəm qoyacaq

Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından aldığımız məlumata görə, 2020-ci ildə yaz fəsli Azərbaycana martın 20-si Bakı vaxtı ilə saat 07:49-da daxil olacaq.

Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlanacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: