Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-da fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanının keçirilməsi üzrə yaradılmış komissiyanın iclası keçirilib
20.02.2020 12:09
  • A-
  • A
  • A+

AMEA-da fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanının keçirilməsi üzrə yaradılmış komissiyanın iclası keçirilib

AMEA prezidentinin 31 yanvar 2020-ci il tarixli sərəncamına əsasən fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanının keçirilməsini təşkil etmək məqsədilə yaradılmış komissiyanın ilk iclası keçirilib.

İclasda AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, komissiyanın sədri - professor İlham Məmmədzadə, üzvləri - professorlar İzzət Rüstəmov, Qoşqar Əliyev və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, i.e.ü.f.d. Fail Kazımov iştirak edib.

Tədbirdə AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi haqqında 13 noyabr 2019-cu il tarixli qərarı barədə məlumat verib, qaydalara ciddi əməl olunmasınının vacibliyini vurğulayıb.

Daha sonra imtahanların yüksək səviyyədə təşkili, şəffaflığın və obyektivliyin təmin olunması, eləcə də digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: