Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Gələcəyə addım” ümumrespublika olimpiadası elan edilib
11.02.2020 11:31
  • A-
  • A
  • A+

“Gələcəyə addım” ümumrespublika olimpiadası elan edilib

AMEA-nın 75 illiyi münasibətilə Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən tələbə və magistrantlar üçün geologiya və geofizika sahələri üzrə “Gələcəyə addım” ümumrespublika olimpiadası elan olunub.

Məqsəd ölkənin ali və orta ixtisas təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantlarının bilik səviyyələrini qiymətləndirmək, onların gələcək fəaliyyətlərində elmə üstünlük vermələrini stimullaşdırmaqdır.

Müsabiqədə iştirak istəyən tələbələr mart ayının 20-nə kimi qeydiyyatdan keçməlidirlər.

Olimpiada iki mərhələdə aparılacaq. Birinci mərhələdə iştirakçılar təqdim ediləcək 2 mövzu üzrə esse (Azərbaycan və ya rus dilində, 5 səhifə həcmində) hazırlayacaqlar. Təşkilat komitəsinin qiymətləndirməsindən sonra final mərhələsinə keçən müəlliflər geologiya və geofizikaya dair 20 sualı cavablandıracaqlar. Ən yüksək bal toplayan iddiaçılar müsabiqənin üç nominasiyası üzrə qalib elan ediləcəklər.

Birinci yerin qalibi 800, ikinci yerin qalibi 600, üçüncü yerin qalibi isə 400 manat məbləğində mükafatlandırılacaq.

Qaliblərin adları mayın 27-də açıqlanacaq.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: