Türkiyənin Ərdəhan Universitetinin İlahiyyat fakültəsinin dekanı, professor Yusif Ələmdar, dekan müavini, Dr. Məhəmməd Lətif Altun və fakültənin Təməl İslam elmləri kafedrasının müdiri, dosent Kərim Faruk AMEA Hüseyn Cavidin Ev Muzeyində olublar.
Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı qonaqlara Azərbaycan ədəbiyyatı və dramaturgiyasının bənzərsiz simalarından olan Hüseyn Cavidin həyat və yaradıcılığı barədə məlumat verib. O, H.Cavidin həyatının İstanbul dövrü, onun əsərlərinin əhəmiyyəti və ədibin Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən bəhs edib.
Daha sonra türkiyəli qonaqlar muzeyin ekspozisiyası ilə yaxından tanış olublar.
Sonda Ərdəhan Universitetinin əməkdaşları muzeyin rəy kitabına ürək sözlərini yazıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.