Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA və TÜBİTAK-ın layihə təklifləri üzrə məlumatlandırma seminarı keçiriləcək
21.01.2020 16:33
  • A-
  • A
  • A+

AMEA və TÜBİTAK-ın layihə təklifləri üzrə məlumatlandırma seminarı keçiriləcək

23 yanvar 2020-ci il tarixində saat 11:00-da AMEA-nın Əsas binasında Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq protokolu üzrə müştərək proqram çərçivəsində məlumatlandırma seminarı keçiriləcək.

Layihə təklifləri ilə əlaqədar baş tutacaq seminarda müsabiqənin şərtləri və ərizə formasının doldurulması geniş izah olunacaq.

Ünvan: Bakı şəh., H.Cavid pr., 115

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: