Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Xocalı bir millətin kədəri” sənədli filminin çəkilişi olub
29.12.2019 12:12
  • A-
  • A
  • A+

“Xocalı bir millətin kədəri” sənədli filminin çəkilişi olub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Xocalı bir millətin kədəri” sənədli filminin bir hissəsinin çəkilişi olub.

Ekran əsəri Gənclər və İdman Nazirliyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin birgə layihəsidir.

Filmin çəkilişində muzeyin Xocalı nekropolundan tapılmış Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə aid eksponatlarda istifadə edilib. Arxeologiya elmi fond şöbəsi əməkdaşlarının səyi ilə çəkiliş üçün xüsusi kompozisiya təşkil olunub. Eyni zamanda, film çəkilişinə ekspozisiyadakı qalaça və qəbilə evi maketləri daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: