Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər ekzoplanetlərdə suyun mövcudluğunu tədqiq ediblər
12.12.2019 11:36
  • A-
  • A
  • A+

Alimlər ekzoplanetlərdə suyun mövcudluğunu tədqiq ediblər

Alimlər kiçik planetlərdə suyun mövcudluğunu tədqiq ediblər. Onlar belə qənaətə gəliblər ki, Qız bürcündə yerləşən və “WASP-39b” adı verilən qızmar saturn istisna olmaqla, son illər kəşf edilmiş ekzoplanetlərin heç birində yetərincə su ehtiyatı yoxdur. 

phys.org saytı xəbər verir ki, astronomlar cəmi 19 kiçik planet arasında aparılan tədqiqatın yekunlarını “Astrophysical Journal Letters” jurnalında dərc etdiriblər.

Alimlər müxtəlif tipli ekzoplanetlərin müqayisəsini apararkən “Hubble”, “Spitser” kosmik teleskoplarının, habelə onlarla yerüstü müşahidə qurğularının məlumatlarından istifadə ediblər. Ümumilikdə 19 ekzoplanetin tədqiqi göstərib ki, təkcə Qız bürcündə yerləşən “WASP-39b” adı verilən qızmar saturnda bol su ehtiyatı var. Astronomlar onun atmosferində ammiak və digər uçucu maddələr də aşkar ediblər. Digər qaz nəhəngi olan planetlərdə suyun olmaması alimləri təəccübləndirib. Belə ki, Yupiterin atmosferinin nəzəri hesablamaları və müşahidələri göstərib ki, onun da tərkibində suyun həcmi çox olmalıdır. Bütün bunlar onu da göstərib ki, Günəş sisteminin planetləri onun hüdudlarından kənarda və bir-birinə bənzəməyən unikal şəraitlərdə meydana gəliblər.

  • Paylaş: