Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Geologiya və Geofizika İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir
12.12.2019 10:47
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir

AMEA-nın Geologiya və Geofizika İnstitutu AR Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2019-cu il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul Planı”na əsasən aşağıdakı ixtisaslar üzrə qəbul elan edir.

Fəlsəfə doktoru proqramı üzrə (doktorantura):

2507.01 – “Geofizika, faydalı qazıntıların  geofiziki axtarış üsulları” – 1 yer (əyani);

2512.01 – “Ümumi və regional geologiya” (“Paleontologiya və stra­tiqrafiya”) – 1 yer (əyani);

2521.01 – “Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı” – 1 yer (əyani).

Fəlsəfə doktoru proqramı üzrə (dissertantura):

2507.01 – “Geofizika, faydalı qazıntıların  geofiziki axtarış üsulları” – 2 yer; 

2512.01 – “Ümumi və regional geologiya” (“Paleontologiya və stra­tiqrafiya”) – 2 yer.

Elmlər doktoru proqramı üzrə (dissertantura):

2503.01 – “Geokimya, faydalı qazın­tı­­ların geokimyəvi axtarış  üsulları” (Şəki REM üçün) – 1 yer;

2507.01 – “Geofizika, faydalı qazıntıların  geofiziki axtarış üsulları” – 1 yer;

2512.01 – “Ümumi və regional geologiya” – 1 yer;

2620.01 – “Bərk faydalı qazıntıların geologiyası, axtarışı və kəşfiyyatı, minerageniya” – 1 yer.

Sənədlər cari ilin 10-28 dekabr tarixlərində qəbul ediləcək.

Tel.: (+994 12) 510 01 41 (143)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: