Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Ərtoğrol Cavid. Musiqi əsərləri" kitabı çapdan çıxıb
10.12.2019 15:02
  • A-
  • A
  • A+

"Ərtoğrol Cavid. Musiqi əsərləri" kitabı çapdan çıxıb

AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının tərtibçisi və müəllifi olduğu "Ərtoğrol Cavid. Musiqi əsərləri" kitabı işıq üzü görüb.

"Elm və təhsil" nəşriyyatında çapdan çıxan kitabın redaktoru dosent Nazim Quliyevdir.

Ərtoğrol Cavidin 100 illik yubileyi münasibətilə nəşr olunan vəsaitdə bəstəkarın 40-a yaxın musiqi bəstəsi, o cümlədən "Eşq olsun", "Sonatina", "9 variasiya", "Quşlar", "Ballada", "Sevgili yar gəlmiş idi", "Gəl" və digər əsərləri toplanıb.

Qeyd edək ki, kitab muzeydə qorunub saxlanılan əlyazmalar əsasında tərtib olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: