Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Muzeydə Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə guşə yaradılıb
10.12.2019 11:11
  • A-
  • A
  • A+

Muzeydə Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə guşə yaradılıb

Məlumdur ki, bu il Azərbaycanın nüfuzlu elm və təhsil ocağı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi tamam olur. 

Prezident İlham Əliyevin 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama əsasən universitetin yubileyi dövlət səviyyəsində silsilə tədbirlərlə qeyd olunur.

Bu münasibətlə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Bakı Dövlət Universitetinin 100 illik tarixini dolğun əks etdirən guşə təşkil olunub. 

Guşədə muzeyin fondlarında qorunan, universitetin fəaliyyətinə dair bir sıra eksponatlar yer alıb. Vitrində BDU-nun 1919-cu ildə hazırlanmış ilk möhürü, tələbələrə verilmiş ilk vəsiqələr, 1924-cü ildə universitet tərəfindən təqdim olunan ilk diplomlardan biri və digər materiallar nümayiş olunur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: