Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.12.2019 15:51
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin kollektivi “Bir gündə 650 min ağac əkək” kampaniyasında fəal iştirak edib

Şəki Regional Elmi Mərkəzinin kollektivi “Bir gündə 650 min ağac əkək” kampaniyasında fəal iştirak edib

Məlumdur ki, dahi mütəfəkkir-şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin bütün regionlarında ağacəkmə aksiyalarına start verilib.

Aksiyada iştirak edən regionlardan biri də Şəki şəhəridir. Şəhərin Heydər Əliyev Mərkəzində keçirilən ağacəkmə aksiyasında bir sıra idarə və müəssisələrin, elmi qurumların nümayəndələri, o cümlədən AMEA Şəki Regional Elmi Mərkəzinin kollektivi yaxından iştirak edib.

Qeyd edək ki, bu genişmiqyaslı kampaniya dahi şairin xatirəsinin əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs Nəsimi irsinin daha geniş təbliği ilə bərabər, ölkəmizin yaşıllıqlar diyarına çevrilməsinə, ətraf mühitin mühafizəsinə və iqlimin yaxşılaşdırılmasına böyük töhfə verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: