Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

06.12.2019 14:23
  • A-
  • A
  • A+

Professor Tofiq Mustafazadənin 70 illiyi qeyd edilib

Professor Tofiq Mustafazadənin 70 illiyi qeyd edilib

AMEA-nın Tarix İnstitutunun Beynəlxalq münasibətlər tarixi şöbəsinin müdiri, professor Tofiq Mustafazadənin 70 illiyi qeyd olunub.

Əvvəlcə alimin əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbiri müəssisənin direktoru, akademik Yaqub Mahmudov açaraq T.Mustafazadənin uzun illər Azərbaycan, Türkiyə və Rusiyanın arxiv və kitabxanalarında elmi araşdırmalar apardığını, onun tədqiqatlarının nəticəsinin 220-dən artıq əsərdə əks olunduğunu söyləyib. Y.Mahmudov bildirib ki, alimin elmi fəaliyyətinin əsas istiqamətlərini Azərbaycanın çar Rusiyası və Osmanlı imperiyası ilə münasibətləri, eləcə də Azərbaycan xanlıqlarının tədqiqi təşkil edir.

Tofiq Mustafazadənin yüksəkixtisaslı tarixçi kadrların yetişdirilməsindəki mühüm xidmətlərindən bəhs edən institut direktoru onun rəhbərliyi ilə 20-dən çox fəlsəfə və elmlər doktorunun hazırlandığını vurğulayıb.

Tədbirdə digər çıxış edənlər alimin tarixi faktlarla uydurma erməni yalanlarını ifşa etdiyini bildiriblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə T.Mustafazadə Azərbaycan Respublikasının Dövlət mükafatına və Əməkdar elm xadimi fəxri adına layiq görülüb.

Sonda yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: