Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Banan tullantılarından plastik kütlə hazırlanıb
02.12.2019 15:58
  • A-
  • A
  • A+

Banan tullantılarından plastik kütlə hazırlanıb

Avstraliya alimləri ekoloji plastik kütlənin banan tullantılarından hazırlanmış yeni istehsal üsulunu təqdim ediblər. 

www.hightech.fm saytı yazır ki, onu keyfiyyət itkisi olmadan üç dəfəyə qədər yenidən emal etmək mümkündür.

Avstraliyanın Cənubi Uels Universitetinin professorları Ceyaşri Arkot və Martin Stenselin rəhbərlik etdiyi komanda tullantıların emalı üçün yeni üsul işləyib hazırlayıb. Belə ki, tədqiqatçılar bitkinin psevdo-köklərini hissələrə bölüb, onu yüksək temperaturda qurudaraq xırda toz halına gətiriblər. Əldə olunmuş maddənin yumşaq kimyəvi emal yolu ilə yuyulmasından sonra nanosellülozun tozun digər hissələrdən ayrılması təmin olunub. Məhz bu nanosellülozdan plastik kütlə materialı əldə olunub.

Hazır məhsul perqament kağıza oxşar konsistensiyaya malikdir. Onu qida məhsulları üçün paketlərin və ya qablaşdırmaların istehsalı zamanı istifadə etmək mümkündür. Kütlə torpaqda orqanik yolla çürüyür. Bundan başqa, laboratoriya sınaqları göstərir ki, material qida məhsullarına zərərli birləşmələr ötürmür.

  • Paylaş: