www.science.az
02.12.2019 09:56

“Erməni kilsəsi və terror. Erməni tarixindən Ermənistan dövlətinə qədər” kitabı çapdan çıxıb

Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Erməni kilsəsi və terror. Erməni tarixindən Ermənistan dövlətinə qədər” kitabı nəşr olunub.

Yeni nəşr ermənilərin milli kimlik davasından başlayaraq, mövcud Ermənistan Respublikasının terror siyasətinə qədər olan dövrü əhatə edir. Kitabda erməni kilsəsinin yaranması və fəaliyyəti, alban kilsələrinə və kimliyinə sahiblənməsi, oğurlanan alban adları və abidələri haqqında yeni faktlar əks olunub. Həmçinin uydurma erməni soyqırımı, Qarabağda erməni terror təşkilatları və kilsəsi, alman faşizmi və ermənilər, SSRİ dövründə törədilən terrora kilsənin yanaşması, Ermənistan dövlətinin terror siyasətinin qanunvericilikdə əks edilməsi, oğurluq soyadlar, ermənilərin film mübarizəsi və digər mövzularda araşdırmalar yer alıb.

Kitabda yerli və xarici arxiv sənədlərə, əlyazma və nadir mənbələrə istinad edilərək ermənilərin Qafqaza gəlmə olması və burada tarixən mövcud olan Albaniya dövlətinin kimliyinə oğurluq yolla sahiblənməsi sübut edilib. Əsər erməni kilsəsi və Ermənistan dövlətinin iç üzünü açan lazımlı mənbə rolunu oynayır.

Nəşrin redaktoru Elm Tarixi İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, rəyçisi isə Günel Səfərovadır.

Kitab elmi tədqiqat aparan şəxslər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.