Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.11.2019 17:24
  • A-
  • A
  • A+

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış innovativ şəraitlə tanış olub

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış innovativ şəraitlə tanış olub

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransı çərçivəsində İnformasiya Texnologiyaları İnstitutunun maddi-texniki bazası və burada yaradılan innovativ şəraitlə yaxından tanış olub.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev geniş məlumat verərək bildirib ki, rəhbərlik etdiyi qurum Elmi tədqiqatlar, Tədris-İnnovasiya, E-kitabxana, Multimedia, AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəzi, eləcə də İnternet Xidmətləri Mərkəzi, Şəbəkə təhlükəsizliyi və AzScienceCERT kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarətdir.

Alim institutda Big Data analitika, kibertəhlükəsizlik, proqram mühəndisliyi, elektron elm, informasiya iqtisadiyyatı, sosial şəbəkələrin analizi və digər istiqamətlərdə elmi tədqiqatların innovativ tələblərə uyğun aparıldığını bildirib. Qeyd edib ki, institut müvafiq dövlət proqramlarının icrasında yaxından iştirak edir və elektron elmin formalaşdırılmasına mütəmadi olaraq dəstək göstərir.

AzScienceNet şəbəkəsinin fəaliyyəti haqqında məlumat verən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov şəbəkənin ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu söyləyib. Bildirib ki, AMEA-nın elmi tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də institutun AzScienceNet şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanırlar.

İnstitutun Tədris-İnnovasiya Mərkəzi barədə məlumat verən mərkəzin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova burada AMEA-nın magistrlərinə ümumi fənlərin tədrisi və imtahanların qəbulu, müəssisə və təşkilatların əməkdaşları və digər şəxslər üçün  informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kursların, o cümlədən distant kursların, seminar və konfransların təşkili işlərinin həyata keçirildiyini deyib. O, rəhbərlik etdiyi mərkəzin nəzdində fəaliyyət göstərən Distant Tədris Mərkəzi və Viki-Mərkəzin fəaliyyəti barədə də danışıb.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev həmçinin institutun ən müasir texnologiyalarla təchiz edilmiş Multimedia Mərkəzi və “İnternet Kafe”nin fəaliyyəti ilə də tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: