Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

29.11.2019 17:13
  • A-
  • A
  • A+

BDU-nun tələbələri “Vikipediya”da yaratdıqları məqalələrə görə mükafatlandırılıblar

BDU-nun tələbələri “Vikipediya”da yaratdıqları məqalələrə görə mükafatlandırılıblar

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya”da məqalələrin yaradılması” mövzusunda təlimlər davam edir. Təlimlərin nəticəsi olaraq, son illər “Vikipediya”nın Azərbaycan bölməsində məqalələr elmiləşir və etibarlı mənbələrlə zənginləşir.

Təlimlərdə iştirak edən Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələrinə “Vikipediya”da yaratdıqları məqalələrə görə MEK-in rəhbərliyi tərəfindən təşəkkürnamə və sertifikatlar təqdim edilib.

Həmçinin BDU-nun Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu Azərbaycanca “Vikipediya”nın inkişafında göstərdiyi dəstəyə görə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Mükafatlandırılan könüllülər bu günədək 30-dan çox məqalə yaradıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: