Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Əlyazmalar yanmır” jurnalının xüsusi buraxılışı çap olunub
15.11.2019 15:02
  • A-
  • A
  • A+

“Əlyazmalar yanmır” jurnalının xüsusi buraxılışı çap olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən ildə dörd dəfə nəşr olunan “Əlyazmalar yanmır” beynəlxalq elmi jurnalının ingilis dilində xüsusi buraxılışı işıq üzü görüb.

İnstitutda aparılan tədqiqat işlərini beynəlxaq elmi ictimaiyyətə tanıtmaq məqsədilə nəşr olunan xüsusi buraxılışda yer alan məqalələr mətnşünalıq, ədəbiyyatşünaslıq, folklor, paleoqrafiya, tarix və digər sahələri əhatə edir.

Jurnalın bu sayında oxucuya “XIV əsr ümumtürk abidəsi “Qəribnamə” və onun Azərbaycan əlyazması”, “XII əsrin xalq qəhrəmanı Qara Məlik”, “Vahid Qəzvini və onun türkcə divanı”, “Gilqamış dastanı və Nizami Gəncəvinin “Xəmsə”si”, “Erməni biblioklazmının qısa tarixi”, “Vəqf olunmuş əlyazmalar” və s. adlı məqalələr təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: