Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanın üç stasionar geofiziki stansiyasında radon və meteoroloji parametrlərin monitorinqi aparılıb
08.11.2019 12:10
  • A-
  • A
  • A+

Azərbaycanın üç stasionar geofiziki stansiyasında radon və meteoroloji parametrlərin monitorinqi aparılıb

Akademik Əkpər Feyzullayev, AMEA-nın müxbir üzvləri - Çingiz Əliyev, Dadaş Hüseynov, Misir Mərdanov, dosentlər Rauf Bağırlı və Hilalə Cəfərovanın həmmüəllifi olduğu məqalə Rusiya Elmlər Akademiyasının “Geofiziki proseslər və biosfera” (“Геофизические процессы и биосфера”) jurnalının 18-ci cildinin 2-ci nömrəsində işıq üzü görüb.

“Статистический анализ результатов мониторинга уровня радона и метеорологических параметров в помещениях геофизических станций Азербайджана” adlı məqalədə Azərbaycanın üç stasionar geofiziki stansiyasında (Şəki, Şamaxı və Kürdəmir) 2016-2017-ci illərdə radon və meteoroloji parametrlərin monitorinqinin nəticələri və onlar arasındakı qarşılıqlı əlaqələrin səviyyəsinin statistik təhlili verilib. Tədqiq olunan məlumat bazasına 13 min 152 ölçü kompleksi daxil edilib.

Bütün müşahidə dövrü üçün məlumatların statistik təhlili göstərib ki, radonun qatılığı ilə iqlim parametrləri arasında korrelyativ əlaqələr zəifdir. Lakin aylıq orta məlumatlara görə, bütün stansiyalarda radonla havanın rütubət səviyyəsi arasında müsbət əlaqə var. Şamaxı və Şəki stansiyalarında isə atmosfer təzyiqinin azalması və havanın istiliyinin çoxalması radonun səviyyəsinin artması ilə müşayiət olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: