Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mikrobiologiya İnstitutunda məktəblilər üçün “Açıq qapı” günləri təşkil olunacaq
04.11.2019 12:26
  • A-
  • A
  • A+

Mikrobiologiya İnstitutunda məktəblilər üçün “Açıq qapı” günləri təşkil olunacaq

AMEA-nın Mikrobiologiya İnstitutu tərəfindən məktəblilər arasında elan edilmiş “Mikroorqanizmlər uşaqların gözü ilə” müsabiqəsində iştirak üçün əl işlərinin təqdim edilməsi prosesi başa çatıb.

17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə təşkil edilən müsabiqəyə Bakı və Sumqayıt şəhərləri, eləcə də respublikanın rayon məktəblərindən çoxlu sayda əl işləri təqdim edilib. Hazırda müsabiqəyə təqdim edilən işlərin  qiymətləndirilməsi mərhələsinə başlanılıb.

Builki müsabiqədə Bakı Modern Təhsil Kompleksinin şagirdləri xüsusi fəallıq göstəriblər. İnstitut rəhbərliyi həmin məktəbin müəllim və şagirdləri ilə görüş keçirib.

İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov məktəblilərə müəssisənin tarixi və mikrobiologiyanın müasir istiqamətlərinə dair aparılan elmi-tədqiqat işləri barədə məlumat verib.

Görüşdə şagirdləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Sonda məktəblilərin mikrobiologiya elminə marağı nəzərə alınaraq, institutda hər ay onlar üçün “Açıq qapı” günlərinin keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: