Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Batumi Botanika Bağının əməkdaşları Mərkəzi Nəbatat Bağında olublar
30.10.2019 14:59
  • A-
  • A
  • A+

Batumi Botanika Bağının əməkdaşları Mərkəzi Nəbatat Bağında olublar

Gürcüstanın Batumi Botanika Bağının şöbə müdiri, b.e.d. Marina Tatarişvili və bitki kolleksiyaları üzrə kurator Maqdana Çaparidze AMEA-nın Mərkəzi Nəbatat Bağında olublar. 

Mərkəzi Nəbatat Bağının direktoru, b.e.d., dosent Vahid Fərzəliyev qonaqlarla görüş zamanı rəhbərlik etdiyi qurumun tarixi, fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə məlumat verib.

Batumi Botanika Bağının alimləri iki ölkə arasında birgə tədqiqatlar aparmaq, müştərək layihə və ekspedisiyalar həyata keçirmək, həmçinin bitki materiallarının mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıblar. Gürcüstanlı qonaqlar, həmçinin səfər müddətində bağda aparılan elmi tədqiqat işləri və kolleksiya sahələri ilə yaxından tanış olublar. Eyni zamanda, bağın aparıcı mütəxəssisləri ilə Qafqaz biomüxtəlifliyinin qorunmasına dair gələcək tədqiqat planları müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: