Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

“Milli Rəqəmsal Yaddaşda Nəsimi İrsi” mövzusunda müsabiqə keçirilib
29.10.2019 16:48
  • A-
  • A
  • A+

“Milli Rəqəmsal Yaddaşda Nəsimi İrsi” mövzusunda müsabiqə keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Milli Rəqəmsal Yaddaşda Nəsimi İrsi” mövzusunda müsabiqə keçirilib.

Müsabiqə Prezident İlham Əliyevin 2019-cu ilin ölkəmizdə “Nəsimi İli” elan edilməsi haqqında 11 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən baş tutub.

Müsabiqə komissiyasının qərarı ilə, 1-ci yerə “Milli Rəqəmsal Yaddaşda Nəsimi irsi” videofilmi (MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova və filmin operatoru Mirzə  Hüseynov), 2-ci yerə isə “Azərbaycanda sufizmin inkişaf xüsusiyyətləri, sufi təriqətləri və Seyid İmadəddin Nəsimi” adlı məqalə (Kataloqlaşdırma və sistemləşdirmə bölməsinin əməkdaşı Şəhanə Şahbazova) və “Nəsimi irsi Milli Rəqəmsal Yaddaşda” videofilmi (Beynəlxalq əlaqələr bölməsinin baş mütəxəssisi Şəlalə  Quliyeva) layiq görülüblər.

Videofilmlərdə MEK-in MRY bazasına daxil olan Nəsimi irsinə aid sənədlər, onların daxil edilməsi prosesi ətraflı izah edilir.

Qeyd edək ki, müsabiqə şərtləri sırasında komanda işi, format seçimi müstəqilliyi, MRY bazası materiallarından istifadə və MEK məlumat sistemində emal olunması tələbləri yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: