Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvan Bölməsinin biblioqrafik göstəricisi işıq üzü görüb
10.10.2019 08:18
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin biblioqrafik göstəricisi işıq üzü görüb

AMEA-nın Naxçıvan Bölməsinin 2018-ci ilin biblioqrafiq göstəricisi çap olunub.

Bölmənin Elmi-təşkilat şöbəsində tərtib edilən biblioqrafiyada qurum əməkdaşlarının ölkəmizdə və xaricdə işıq üzü görən monoqrafiyaları, kitabları, tezisləri, jurnallarda, toplularda, eləcə də dövrü mətbuatda dərc edilən məqalələri, tərcümələri, o cümlədən internet resursları verilib. “Köməkçi göstəricilər” adlı bölmədə əsər başlıqları, müəlliflərin əlifba göstəriciləri yer alıb.

Qeyd edək ki, biblioqrafik göstəricidə 843 mənbə əksini tapıb ki, onlardan 39-u kitab və monoqrafiya, 663-ü məqalədir (162-si xaricdə). Elmi məqalələrdən 48-i impakt faktorlu jurnallarda dərc olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: