İsveç Kral Akademiyası bu il kimya üzrə Nobel mükafatının amerikalı Con B.Qudinafa və onun iki həmkarına - M.Stenli Uittinqemə (Britaniya-Amerika), Akira Yoşinoya (Yaponiya) verildiyini elan edib.
Akademiyanın nümayəndələri bildiriblər ki, builki laureatlar dünyada ən çox istifadə edilən bərpa olunan enerji mənbələrindən biri olan litium-ion batareyalarını inkişaf etdirdiklərinə görə mükafata layiq görülüblər.