Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Fizika üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb
08.10.2019 14:04
  • A-
  • A
  • A+

Fizika üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb

İsveç Kral Elmlər Akademiyası yanında Nobel Komitəsi fizika sahəsində 2019-cu ilin Nobel mükafatı laureatlarının adlarını elan edib.

www.nobelprize.org xəbər verir ki, mükafat James Peebles, Mişel Mayor və Didier Queloza verilib.

Prinston Universitetinin professoru, amerikalı fizik J.Peebles fiziki kosmologiya sahəsindəki nəzəri kəşflərinə görə, isveçrəli astronomlar M.Mayor və D.Queloz isə Günəş tipli ulduz ətrafında dövr edən ekzoplanetin kəşfinə görə Nobel mükafatına layiq görülüblər. 

Qeyd edək ki, qalibləri mükafatlandırma mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da Alfred Nobelin vəfatı günü keçiriləcək.

  • Paylaş: