Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Mən XXI əsrdə Yusif Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsinin qalibləri mükafatlandırılıb
04.10.2019 16:01
  • A-
  • A
  • A+

“Mən XXI əsrdə Yusif Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsinin qalibləri mükafatlandırılıb

AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) 90 illik yubileyi ilə əlaqədar IX və X sinif şagirdləri arasında “Mən XXI əsrdə Yusif Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə çıxış edən institutun direktoru, akademik Vaqif Abbasov elmi müəssisənin 90 illik yubileyi ərəfəsində keçirilən “Mən XXI əsrdə Yusif Məmmədəliyevin davamçısı olmaq istəyirəm” müsabiqəsi haqqında məlumat verib.

Daha sonra AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Vaqif Fərzəliyev qaliblərə sertifikat və hədiyyələr təqdim edib.

Tədbirdə IX sinif üzrə akademik Zərifə Əliyeva adına liseyin şagirdi Şamil Fərzəlizadə və 6 nömrəli tam orta məktəbin şagirdi Səid Qasımov birinci, Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Fatimə Xəlilova ikinci, akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Ələsgər Tarverdiyev və Şəbnəm Əmirova isə üçüncü yerə layiq görülüblər.

X sinif üzrə 32 nömrəli Zəngilan rayon tam orta məktəbin şagirdi Fidan Abışova birinci, akademik Zərifə Əliyeva adına Liseyin şagirdi Rəvan Abusəmədov ikinci, akademik Zərifə Əliyeva adına liseyin şagirdi İlahə Bəkirli və BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Əkbər Hüseynzadə üçüncü yeri tutublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: