Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimləri Çexiyada beynəlxalq konfransda iştirak ediblər
11.09.2019 10:24
  • A-
  • A
  • A+

Azərbaycan alimləri Çexiyada beynəlxalq konfransda iştirak ediblər

Çexiyanın paytaxtı Praqa şəhərində "Yumşaq hesablamalar (soft computing) nəzəriyyəsi və onun tətbiqi: Sözlər və qavrayışlarla hesablama" mövzusunda X  beynəlxalq konfrans keçirilib.  

İki ildən bir təşkil edilən konfrans bu dəfə dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin xatirəsinə həsr olunub.

Dünyanın müxtəlif ölkələrindən olan alim və tədqiqatçının qatıldığı tədbirdə İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Akif Musayev və həmin institutun kiçik elmi işçisi Mirvari Qəhrəmanlı iştirak ediblər.

Beynəlxalq konfransda soft kompyutinq nəzəriyyəsi və texnologiyası, hibrid soft kompyutinq sistemləri, sözlərə əsaslanan qeyri-səlis mühakimə, təkamüllü hesablama, qeyri-səlis məntiqin biznes və iqtisadiyyatda tətbiqi və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: