Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Hörümçək toru əsasında yeni biokompozit hazırlanıb
09.09.2019 11:18
  • A-
  • A
  • A+

Hörümçək toru əsasında yeni biokompozit hazırlanıb

Sankt-Peterburq Milli İnformasiya Texnologiyaları, Mexanika və Optika Universitetinin və İsveçin SLU Universitetinin alimlərinin birgə araşdırmaları nəticəsində təbii hörümçək torunun proteinləri və optik aktiv nanohissəciklər əsasında yeni biokompozit hazırlanıb.

scientificrussia.ru saytı xəbər verir ki, materialın əsas üstünlüyü onda təbii ipək lifləri və qeyri-üzvi sintetik hissəciklərin birləşməsinin olmasıdır.

Unikal mexaniki xüsusiyyətlərə malik olan biokompozit yaxın infraqırmızı diapazonda təhrik zamanı optik cavab verə bildiyindən gələcəkdə onu biotibb sahəsində də istifadə etmək mümkün olacaq.

  • Paylaş: