Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Kitabxanada “Axundova Nərgiz – 60” adlı kitab sərgisi açılıb
07.08.2019 12:04
  • A-
  • A
  • A+

Milli Kitabxanada “Axundova Nərgiz – 60” adlı kitab sərgisi açılıb

Avqustun 7-də Azərbaycan Milli Kitabxanasında ölkəmizdə bütün sahələr üzrə azərbaycanşünaslığın və Azərbaycan elminin inkişaf etdirilməsində böyük xidmətləri olan AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovanın anadan olmasının 60 illik yubileyi münasibətilə “Axundova Nərgiz – 60” adlı kitab sərgisi açılıb.

Sərgidə akademikin Azərbaycan və rus dilində müəllifi olduğu əsərləri, elmi məqalələri, redaktoru olduğu əsərlər və onun haqqında yazılan materiallar, qəzet, jurnal məqalələri nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: