Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
03.09.2019 12:21
  • A-
  • A
  • A+

“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək

24 oktyabr 2019-cu il tarixində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və AMEA Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə dahi dramaturq və şair Hüseyn Cavidin anadan olmasının 137 illiyinə həsr edilən “Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək.

Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar 30 sentyabr 2019-cu il tarixinədək məruzələrinin tam mətnlərini huseinjavid@gmail.com elektron ünvanına göndərə bilərlər.

Məruzələrin tərtibinə dair tələblər:

- Kağızın formatı - A4, Word redaktorunda;

- Məruzənin başlığı Times New Roman, 14 Pt, tünd, ortada olmalıdır;

- Müəllifin adı, soyadı, elmi dərəcəsi (varsa), işlədiyi (oxuduğu) müəssisənin adı, elektron ünvanı açıq şəkildə, Times New Roman, 12 Pt, normal, ortadan yazılmalıdır;

- Həcmi - 5 səhifədən çox olmamalıdır;

- Şrift - Times New Roman 12; sətirlərarası interval - 1,5;

- İstinadlar - avtomatik, səhifənin sonunda (şrift - Times New Roman 10);

- Məruzənin sonunda xülasə ingilis dilində 2-4 cümlə.

Konfransdan sonra məruzələr toplusunun nəşri nəzərdə tutulur.

Ünvan: Bakı ş., İstiqlaliyyət küçəsi, 26.

Tel.: (+994 12) 492 06 57

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: