AMEA-nın Fəlsəfə İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.
Vakant yerlər institutun İnformasiya cəmiyyətinin fəlsəfi problemləri şöbəsinin böyük elmi işçisi üzrə 1 yer, elmi işçi üzrə 2 yer, Sosial fəlsəfə və ekoloji problemlər şöbəsinin elmi işçisi üzrə 1 yer və Etika şöbəsinin aparıcı elmi işçisi üzrə isə 1 yerdir.
Müsabiqədə fəlsəfə və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.
Ünvan: Bakı ş., H.Cavid pr., 115.
Telefon: (+994 12) 510 15 12
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.