www.science.az
09.07.2019 15:01

Azərbaycan və rusiyalı seysmoloqlar Xəzər dənizi regionunda birgə tədqiqatlar aparacaqlar

Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Serqo Orjonikidze  adına  Rusiya  Dövlət  Geolojikəşfiyyat Universitetinin (RDGU) təşkilatçılığı ilə Moskvada “Xəzər regionunun mineral xammal bazası” mövzusunda keçirilən müzakirələrdə iştirak edib.

Səfər çərçivəsində RDGU-nun rektoru Vadim Kosyanov və RSXM-nin baş direktoru Qurban Yetirmişli tərəfindən iki qurum arasında elmi-texniki əməkdaşlıq haqqında razılaşma imzalanıb. Razılaşmada ikitərəfli əməkdaşlıq çərçivəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi, Xəzər dənizi hövzəsi ilə bağlı birgə elmi tədqiqatların aparılması, ekoloji risklərin öyrənilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.